"Qarabağ" klubunun futbolçusu Maksim Medvedev yaxın günlərdə Azərbaycan milli komandasına qoşulacaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, kapitan ailəvi məsələlərdən dolayı yığmanın baş məşqçisi Canni De Byazidən icazə istəyib. O, bir neçə gündən sonra millinin hazırlıq prosesinə qoşulacaq.
Medvedevin yığmanın oyunlarında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.