"Portuqaliyada qış transfer pəncərəsi bağlı olduğu üçün "Portimonense"də oynaya bilmədim".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.
35 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda Portuqaliyaya qayıtmaq barədə düşünmür: "Öz oyunumuzu düşünməliyik. Komandamız yaxşı nəticələr göstərsə, nəinki mən, digər oyunçulara da təkliflər gələcək".
Honda 8 ölkədə oynadığı üçün qürur duyduğunu da vurğulayıb. 35 yaşlı yarımmüdafiəçi bildirib ki, bu, hələ son deyil: "İnanıram ki, karyeramda başqa ölkələr də olacaq".