
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, yerli komanda ilə qarşılaşan yığma 5:1 hesablı qələbə qazanıb.
U-19-un qollarını Ağadadaş Salyanski (2), Zöhrab Əsədov, Kamal Kazımov və Mahmud Ağayev vurub.