
I Divizionun XIII turunda təxirə salınmış görüşlərin vaxtı açıqlanıb.
Sportnet.az xəbər verir ki, güclü qar yağışına görə yarımçıq dayandırılan "Turan Tovuz" - "Sumqayıt-2" və "Kəpəz" - "Qaradağ Lökbatan" görüşləri martın 23-də keçiriləcək.
Tovuzdakı qarşılaşma 52-ci dəqiqədən etibarən davam etdiriləcək.
23 mart (çərşənbə axşamı)
15:00. “Kəpəz” – “Qaradağ Lökbatan”
Gəncə şəhər stadionu, (canlı/pfl.az)
15:30. “Turan Tovuz” – “Sumqayıt-2” (52-ci dəqiqədən etibarən)
Tovuz şəhər stadionu.