“Səbail” futbolçusu Peyman Keşavarzinin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iranlı müdafiəçiyə azad agent statusu verilib.
Klub Keşavarziyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.