
"Hondanın agenti onun qardaşı və braziliyalı bir nəfərdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Sport-express" nəşrinə müsahibəsində yaponiyalı futbolçu Keysuke Hondanın keçidi barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, 35 yaşlı yarımmüdafiəçinin yaşı baş məşqçi Samir Abasovu narahat etmir: "O, Hondanın Braziliyadakı statistikasına baxdı və dedi ki, bu futbolçu bizə lazımdır, komandaya kömək edə bilər. "Neftçi" bu mövsüm çempion olmaq istəyir. Honda kimi təcrübəli oyunçunun bu yolda bizə faydası ola bilər".
Allahverdiyev Honda ilə transfer danışıqlarının çox çəkmədiyini vurğulayıb: "Hər şey kifayət qədər tez baş verdi. Futbolçu keçidi barədə təxminən 2 həftə düşündü".
Qeyd edək ki, "Neftçi" bu gün Keysuke Honda ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.