"Neftçi" klubu transfer fəaliyyətini Keysuke Honda ilə yekunlaşdırmayacaq.
Sportnet.az-ın məlumatına görə, flaqman yaxın vaxtlarda daha bir oyunçu ilə müqavilə bağlayacaq. Onun kimliyini dəqiqləşdirmək mümkün olmasa da, pleymetker olduğu deyilir. Bu səbəbdən, yeni transferə 10 nömrəli forma veriləcək.
Ötən gün bu formanın sahibi Saman Nərimancahanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Nətimancahan karyerasını Cənubi Azərbaycanın "Traktor" komandasında davam etdirəcək.