
İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgün Klopp mövsümün sonunda vəzifəsindən ayrılmaq niyyətində deyil.
Sportnet.az xəbər verir ki, bu barədə 54 yaşlı mütəxəssisin agenti Mark Kositske "Sport1" nəşrinə açıqlamasında məlumat verib.
O bildirib ki, almaniyalı baş məşqçisinin Mersisayd təmsilçisi ilə daha 3 illik müqaviləsi var. Kositsk Kloppun sözləşmə şərtlərini tam yerinə yetirəcəyini söyləyib.
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 29 turdan sonra 46 xalla 6-cı pillədə qərarlaşıb. Kloppun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var.
Mersisaydlılar ötən mövsüm onun rəhbətliyi altında 30 ildən sonra İngiltərə Premyer Liqasının qalibi olub.