
Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, anlaşmaya əsasən, 35 yaşlı qolkiper daha üç il İstanbul təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib. Uruqvay millisinin üzvü 5 dəfə Türkiyə çempionu olub.