
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç millisinə dəvət almasına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı hücumçu bununla bağlı rəsmi tvitter hesabında paylaşım edib.
Təcrübəli forvard yığmaya dönüşünü "Tanrının qayıdışı" kimi şərh edib.
Qeyd edək ki, Zlatan İbrahimoviç sonuncu dəfə 2016-cı ildə milliyə çağırılıb. İsveç yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də Gürcüstan, martın 28-də Kosovo və martın 31-də Estoniya ilə qarşılaşacaq.