Martın 14-dən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq müddətində 3 yoxlama matçı keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv martın 20-də "Qarabağ", 27-də I Divizion təmsilçisi "Qaradağ Lökbatan" və 29-da "Qəbələ" ilə qarşılaşacaq.
Oyunların yeri hələlik açıqlanmayıb.
20 mart
17:00. “Qarabağ” – Azərbaycan U-21
27 mart
16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”
29 mart
16:00. Azərbaycan U-21 – “Qəbələ”
Qeyd edək ki, təlim-məşq toplanışı martın 29-dək davam edəcək.