"Qarabağ" 3 günlük fasilədən sonra məşqləri bərpa edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıqda 8 futbolçu iştirak edib. Məşq prosesinə milli komandalara dəvət almış oyunçular qatılmayıb.
Kabo-Verde millisinə dəvət alan Patrik Andrade bugünkü məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz yığmaya qoşulmaq üçün sabah yola düşəcək.