
Premyer Liqada çıxış edən "Zirə"nin əvəzedici komandası yenidən bərpa olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ikinci komandanın 2020/2021 mövsümündən etibarən I Divizionda iştirakı planlaşdırılır: "Gələn il əvəzedici heyəti bərpa edib, aşağı dəstədə çıxış etmək istəyirik".
Qeyd edək ki, "Zirə"nin əvəzedici komandası ötən mövsümün əvvəlində ləğv olunub.