Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarı imzalanıb.
Qərarda deyilir:
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Qeyd edək ki, 4 - 6 iyunda Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi, iyunun 13-dən isə futbol üzrə Avropa çempionatının seçmə mərhələ oyunları keçiriləcək.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.