Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları qeyri-müəyyən müddətədək dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası qərar qəbul edib.
Beləliklə, Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün oyunlar baş tutmayacaq. Eyni zamanda, ölkə yığmasının martın 25-də Farer adaları və martın 31-də İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Hazırda Moldova Futbol Federasiyası məsələnin müzakirəsindən ötrü ölkə rəhbərliyi ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, qərar martın 31-dək qüvvədə olacaq.