
Türkiyə Mərkəzi Hakimlər Komitəsinin keçmiş rəhbəri, idman yazarı və FIFA referisi Bülent Yavuz vəfat edib.
Sportnet.az-ın məlumatına görə, Yavuz 71 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Türkiyə Futbol Federasiyasının qərarı ilə 20-21 martda bütün liqalarda keçiriləcək oyunlar 1 dəqiqəlik sükutla başlanacaq.
Qeyd edək ki, martın 21-də Türkiyə Super Liqasının XXXI tur oyununda lider "Beşiktaş" 3-cü pillədəki "Fənərbağça"nı qəbul edəcək.