Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, “Qarabağ”la qarşılaşan milli 4:2 hesablı qələbə qazanıb. Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-21-in digər qollarını Vüsal Əsgərov və Şakir Seyidov vurub.
"Qarabağ"ın heyətində isə Seyxan Fərəcov dubl edib. Millimiz növbəti oyununu martın 24-də “Neftçi”yə qarşı keçirəcək.