DÇ-2022-nin seçmə mərhələsinın oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Qara Qarayev zədəli olduğu üçün yığma ilə səfərə yollana bilməyəcək.
Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektivPortuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.