Türkiyənin "Kasımpaşa" futbol komandasının baş məşqçisi Fuat Çapa istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu, cari mövsüm Superliqa təmsilçisində 3-cü baş məşqçi istefasıdır. Klub daha əvvəl Mehmet Altıparmak və İrfan Buzla vidalaşıb.
Qeyd edək ki, "Kasımpaşa" hazırda 31 xalla 15-ci pillədə qərarlaşıb.