"Neftçi"nin sabiq futbolçusu Valeri Ogirçuk 63 yaşında vəfat edib.
Bu barədə Sportnet.az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, keçmiş müdafiəçi yolda gedərkən infarkt keçirib və dünyasını dəyişib.
Qeyd edək ki, Valeri Ogirçuk 1958-ci ildə Bakıda anadan olub. O, 1976 - 1980-ci illərdə "Neftçi"nin formasını geyinib. Bir müddət hakim işləyən veteran futbolçu son olaraq Rusiyanın Tomsk şəhərində futbol akademiyasında çalışırdı.