
"Neftçi"nin yeni transferi Keysuke Honda Kamboca Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzadacaq.
Sportnet.az "Sport Cambodia" saytına istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.
Yaponiyalı ulduz futbolçu daha 2 il ylğmanın baş meneceri vəzifəsini yerinə yetirəcək.
35 yaşlı yarımmüdafiəçi eyni zamanda ölkənin U-23 millisinə də başçılıq edir.
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.