
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa təyinatlar bəlli olub.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün əsas referisi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hantsko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.