“Qəbələ” yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilə dövründə ilk sınağına çıxan “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib.
Qarşılaşma Bakıdakı “Azersun Arena”da baş tutub. Oyun əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu martın 29-da Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı keçirəcək.