Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri, keçmiş futbolçu Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.
Sportnet.az xəbər verir ki, bu barədə sabiq müdafiəçi feysbuk səhifəsində yazıb.
Mer klinikalardan birində müayinə olunduğunu bildirib: “Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.
Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü.