
Azərbaycan və Serbiya yığmaları arasındakı DÇ-2022-nin seçmə oyunundan əvvəl keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda əvvəlcə qonaq, daha sonra meydan sahibləri media önünə çıxacaq.
Azərbaycan - Serbiya: Açıq məşq və mətbuat konfransı
29 mart
Serbiya milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.