
"Bu komanda və onun hər bir oyunçusu ilə fəxr edirəm. Amma ilk iki oyuna qurduqlarımızı dağıda bilmərik. Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu Serbiya milli komandasının futbolçusu Stefan Mitroviç evdə Portuqaliya yığması ilə 2:2 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.
Fransa Strasbur"unda çıxış edən 31 yaşlı müdafiəçi martın 30-da Bakıda Azərbaycan millisi ikə keçirəcəkləri görüşə ciddi yanaşmalarının vacibliyini vurğulayıb: "Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu cür görüşlərdən üstün ayrılan yığmalar üstünlüyə malik olacaqlar. Biz kağız üzərində güclü olduğumuzu meydanda da göstərməliyik".
Команда, которая набирает очки в таких матчах, будет иметь преимущество. Мы не должны распылять эти два результата, мы должны пойти туда и показать, кто лучше, как это написано на бумаге, - заключил Стефан Митрович.
Mitroviç 90+3-cü dəqiqədə Kriştianu Ronaldunun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib: "Ronaldunun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm. Nəticədən o qədər də razı deyilik, çünki qələbəyə doğru gedirdik".
Qeyd edək ki, hazırda Serbiya və Portuqaliya yığmaları 2 oyundan 4 xalla A qrupuna başçılıq edir. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi Serbiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək ("Report").