
Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış 2 oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakıda keçirilmiş qarşılaşmalar meydan sahiblərinin böyük hesablı qələbələri ilə yekunlaşıb.
"Neftçi-2" "Sumqayıt-2"ni 6:2 hesabı ilə yenərək, "Turan Tovuz" və "Zaqatala"nın liderliklərinə şərik olub. "Kəpəz" isə MOİK-ə 1:4 hesabı ilə uduzub.
Bu nəticələrdən sonra MOİK son pillədən qurtulduğu halda, "Sumqayıt-2" "zirzəmi"yə enib.
28 mart (bazar)
15:00. “Neftçi-2” – “Sumqayıt-2” - 6:2
Qollar: Famil Camalov, 14. Emin Zamanov, 62 (pen.). İsmayıl Zülfüqarlı, 63. Nihad Qurbanlı, 66. Nicat Musayev, 80. Əli Mürsəlov, 90+4 - Tahir Zeynalov, 28. Samir İbrahimov, 33
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança)
15:00. MOİK – “Kəpəz” - 4:1
Qollar: Elvin Nəsibov, 27. İlham Allahverdiyev, 62; 80. Hüseyn Hüseynli, 90+2 - Əli Səmədov, 45+3 (pen.)
Qırmızı vərəqə: Hikmət Verdiyev, 74 ("Kəpəz")
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu