
Yunanıstanın "Olimpiakos" və Almaniyanın "Bavariya" klublarının sabiq futbolçusu Rafinya Braziliya "Qremio"su ilə müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək anlaşma əldə edilib.
Rafinyanın son komandası "Olimpiakos" olub. "Sambaçı" 14 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, qış fasiləsindən sonra klubsuz idi.