
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Premyer Liqa təmsilçisi "Qəbələ" ilə üz-üzə gəlib. "Bakcell Arena"dakı qarşılaşma əyalət təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-21-in heyətində Musa Qurbanlı və Rüfət Abdullazadə fərqlənib. "Qəbələ"nin qollarını isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.
U-21 daha əvvəl "Qarabağ"ı 4:2 hesabı ilə yenib, "Neftçi"yə isə uduzub - 1:3. I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la görüşdə isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.