Komanda yoldaşını şantaj etməkdə ittiham olunan İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema ciddi cəzalana bilər.
Sportnet.az AFP nəşrinə istinadən xəbər verir ki, fransalı müdafiəçinin günahı sübuta yetirilərsə, onu 5 ilədək həbs cəzası gözləyir. O, həmçinin 75 min avro məbləğində cərimə ödəməli olacaq.
Məhkəmə prosesi bu ilin 20 - 22 oktyabrında Fransanın Varsel şəhərində keçiriləcək.
Qeyd edək ki, Benzema millidə komanda yoldaşı olmuş Matyö Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə günahlandırılır. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından kənarlaşdırılıb. İnsident 2015-ci ildə baş verib.