"Həyat yoldaşım da mənimlə birlikdə Bakıya gəlib. Bu da oyunlara və ən əsası, bazar günü keçirəcəyimiz matça daha yaxşı köklənməyimə köməklik edəcək".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin klubun rəsmi televiziyasına açıqlamasında ailə həyatı qurması ilə bağlı danışarkən deyib.
Mərakeş əsilli belçikalı futbolçu fasilədən sonra ağır məşqlərlə hazırlıq prosesini bərpa etdiklərini söyləyib: "Hamı fasilədən sonra bir-birini gördüyü üçün şaddır. Yüksək əhval-ruhiyyə ilə məşqləri davam etdiririk".
25 yaşlı yarımmüdafiəçi milli komandaların düşərgəsindən dönən oyunçuların yavaş-yavaş kollektivə qoşulduğunu bildirib: "İnanıram ki, birgə səyimizin və çalışmağımızın yekununda "Sumqayıt"la qarşılaşmada yaxşı nəticə qazanacağıq".
Qeyd edək ki, aprelin 4-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" görüşü saat 16:30-da başlayacaq.