"Neftçi" "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXI turunun oyununa hazırlığı davam etdirir.
Sportnet.az-ın məlumatına görə, ötən gün əsas millinin heyətində Serbiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyununda (1:2) iştirak edən Emin Mahmudovla Anton Krivotsyuk məşqə qatılmayıb.
Əvəzində yığmanın son matçını buraxan Namik Ələskərov və zədəsini sağaldan Fəhmin Muradbəyli komanda ilə hazırlığa qoşulub. Əhməd Əhmədov və U-21 yığmasından qayıdan Mert Çelik isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, aprelin 4-də keçiriləcək "Neftçi" - "Sumqayıt" görüşü saat 16:30-da başlayacaq.