
“Komanda yaxşı oynadı, sadəcə, hücumda daha diqqətli olmalı idik. Qol imkanlarımızdan istifadə edib hesabı açmalı idik, amma alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Heç-heçəyə görə təəssüflənən serbiyalı müdafiəçi ən qısa zamanda hər şeyin yoluna düşəcəyinə inandığını bildirib: "Daha stabil oynayıb, yaxşı nəticələr qazanmalıyıq. Biz peşəkar futbolçularıq, verilən tapşırıqlara əməl edib özümüzü ən yaxşı tərəfdən göstərməliyik. İnanıram ki, ən qısa zamanda hər şey yoluna düşəcək”.