Futzal üzrə İspaniya yığması Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi D qrupunun II tur matçına ciddi itki ilə çıxacaq.
Sportnet.az-ın AS nəşrinə istinadən məlumatına görə, komandanın aparıcı oyunçusu Adolfo Fernandes Dias koronavirusa yoluxduğu üçün qarşıdakı görüşü də buraxacaq.
Hazırda karantində olan "Barselona"nın 29 yaşlı forvardı Bosniya və Herseqovinanı 6:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada da eyni səbəbdən iştirak etməyib.
Qeyd edək ki, yanvarın 26-da oynanılacaq İspaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ilk görüşündə Gürcüstan yığmasına 2:3 hesabı ilə uduzub.