Sportnet.az xəbər verir ki, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx Bundesliqanın V turunun "Bayer"lə səfər görüşü öncəsi keçirilən mətbuat konfransında deyib. O, 2013-cü ildən sonra avrokubok səhnəsinə qayıdan "Frayburq"un iki cəbhədə mübarizə aparmasında çətinlik olmayacağını bildirib: "Futbol, futbol, futbol, yemək, yatmaq, yenə futbol, futbol, futbol – məndə bundan daha pis şeylər var. Bizim üçün heç bir narahatçılıq yoxdur. Bunun üzərində işləmişik və və bu işdən tamamilə zövq alırıq. Biz həm Avropa Liqası, həm də Bundesliqada eyni zamanda mübarizə aparmaq üçün çox düzgün qərarlar qəbul etməliyik". 57 yaşlı Ştrayx bildirib ki, "Frayburq"un sabiq futbolçusu, 37 yaşlı Yulian Şuster beynəlxalq oyunların analizi ilə məşğul olacaq. Qeyd edək ki, "Qarabağ" sentyabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Frayburq"la qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |