
"Bizi sabah çətin oyun gözləyir”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"ya qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı oyunçu "Braqa"nın ciddi rəqib olduğunu bildirib: "Onlar ölkə çempionatının son turunda Lissabon "Sportinq"inə məğlub oldular. Bu, bizi arxayınlaşdırmamalıdır. Komandamızın heyətində Portuqaliya təcrübəsi olan futbolçular var. Bu da bizə kömək olacaq".
O, "Braqa"ya qalib gəlmək şanslarının olduğunu deyib: "Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. Avropa Liqası turniri fərqli atmosferdir. Əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.