"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
----------------------------------
"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral
00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:4
Qollar: Simon Banza, 44. Joau Moutinyu, 90+1 - Marko Yankoviç, 21 (penalti). Abdullah Zubir, 54. Olavio Juninyo, 65. Abdullah Zubir, 69
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, "Estadio Municipal de Braga".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.