Bu gün futzal üzrə UEFA Kubokunun elit mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, komandalar püşkatma zamanı 3 səbətdə yer alıb.
İkinci səbətdə olan Azərbaycanın "Araz" klubu B qrupunda yer alıb. "Araz" Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Zaqreb" komandaları ilə mübarizə aparacaq.
Elit mərhələdə 16 komanda çıxış edəcək.
| A qrupu |
B qrupu |
C qrupu |
D qrupu |
| "Kayrat" (Qazaxıstan) |
"Yuqra" (Rusiya) |
"İnter" (İspaniya) |
"Dinamo" (Rusiya) |
| "Nikars" (Litva) |
"Araz" (Azərbaycan) |
"Ekonomats" (Serbiya) |
"Sportinq" (Portuqaliya) |
| "Real" (İtaliya) |
"Hamburq Panters" (Almaniya), |
"Xrudim" (Çexiya)
|
"Dyor" (Macarıstan) |
| "Feniks" (Kosova) |
"Zaqreb" (Xorvatiya) |
"Breze" (Sloveniya) |
"Tarqu Mureş" (Rumıniya) |
Qeyd edək ki, elit mərhələnin oyunları 22 - 27 noyabrda Xorvatiya, Portuqaliya, Qazaxıstan və Sloveniyada keçiriləcək.