
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.
Sportnet.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan milli komandasının cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.