
Rusiyalı ağırlıqqaldıranlar 3,5 ildən sonra ilk dəfə dünya çempionatında mübarizə aparacaqlar.
Sportnet.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Peruda gənclər və yeniyetmələr arasında keçiriləcək dünya çempionatının ilkin iştirak ərizəsinə bu ölkənin 33 idmançısı daxil edilib.
Qeyd edək ki, mundial aprelin 30-dan mayın 5-dək Lima şəhərində baş tutacaq. Ruslar sonuncu dəfə Ukrayna ilə müharibədən əvvəl - 2021-ci ildə gənclər və yeniyetmələr arasında dünya çempionatına qatılıblar. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) qərarına əsasən, Rusiya və Belarus idmançıları yalnız IWF-nin himayəsi altında keçirilən turnirlərə neytral statusda buraxıla bilərlər.