“Qarabağ”dan ayrılan Kevin Medina Malayziyanın “Yohor Darul Tazim” klubu ilə müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı video-paylaşım edib.
33 yaşlı müdafiəçi yenə 81 nömrəli formanı geyinəcək.
Tərəflər arasında imzalanan müqavilənin detalları ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, “Yohor Darul Tazim”də Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov, eləcə də vaxtilə “Sabah”ın formasını geyinmiş Con İrasabal da çıxış edir.







































































