"Qarabağ" komandası yay hazırlığının növbəti mərhələsi üçün Avstriyaya yollanıb.
Sportnet.az-ın məlumatına görə, təlim-məşq toplanışı üçün səfərə çıxanlar arasında Elvin Cəfərquliyev də yer alıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda o, azarkeşlərlə fotolar çəkdirib.
Qeyd edək ki, 25 yaşlı cinah müdafiəçisi 2025/2026 mövsümünün sonunda klubdaxili intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun istəyi ilə əsas komandadan uzaqlaşdırılıb. Daha sonra isə Cəfərquliyev transferə çıxarılıb.










































































