Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə Azərbaycanın cüdo üzrə milli komandası 54 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, son olaraq, 100 kq-dan yuxarı çəki dərəcəsində Kənan Nəsibov bürünc medal görüşünə çıxıb.
O, 3-cü yer uğrunda görüşdə niderlandlı Yur Spiykerslə üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Nəsibov 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi Böyük Dəbilqəni 1 qızıl, 3 bürünc medalla ümumi sıralamada Yaponiya, Cənubi Koreya və İtaliyadan sonra 4-cü, kişilərin yarışında Yaponiya və Cənubi Koreyadan sonra 3-cü pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.
----------------------------------
Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə Azərbaycan cüdoçusu Murad Fətiyev 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib çexiyalı Adam Kopeçki olub.
Qarşılaşmadan qalib ayrılan Fətiyev bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində yer alan olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, rusiyalı rəqibi Arman Adamyanın həlledici görüşə çıxmaması üzündən birbaşa bürünc medala yiyələnib.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medala sahib olub.





































































