Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukraynanın “Dinamo Kiyev” komandasının qonağı olub.
Polşanın Lublin şəhərindəki eyniadlı stadionda keçirilmiş görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
88-ci dəqiqədə isə “Qarabağ” daha bir zərbə alıb. Yeni transfer Cebrail Makrekis “Dinamo Kiyev”in futbolçusunun sifətinə təpiklə zərbə vurduğu üçün cəzalandırılıb. Norveçli referi Morten Kroq ona əvvəlcə sarı vərəqə göstərsə də, VAR müdaxiləsindən sonra birbaşa qırmızı vərəqə ilə meydançadan qovub.
Beləliklə, “Qarabağ” cari avrokubok mövsümündə ilk dəfə adi oyun vaxtında məğlubiyyətlə üzləşib.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
6 avqust
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) – 1:0
Qol: Matvey Ponomarenko, 10
Qırmızı vərəqə: Cebrail Makrekis, 88 (“Qarabağ”)
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yakob Kehlet
AVAR: Yens Maae
(Hakimlər briqadası Danimarkadandır)
Lublin stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













































































