Argentina millisinin keçmiṣ üzvü və Puṣkas mükafatı laureatı Erik Lamela Meksikanın "Monterrey" klubunda qeyri-adi vəzifə ilə qeydiyyata alınıb.
Sportnet.az xəbər verir ki, 34 yaşlı sabiq futbolçu rəsmi sənədlərdə komandanın təchizat üzrə meneceri kimi göstərilib. Lakin bu qərarın səbəbi tamamilə texniki xarakter daşıyır.
Əslində Lamela baş məşqçi Matias Almeydanın məşqçilər korpusunda yer alır. Ancaq onun UEFA Pro lisenziyası olmadığı üçün Meksika çempionatının qaydalarına əsasən məşqçi köməkçisi kimi qeydiyyatdan keçməsi mümkün deyil. Bu səbəbdən, klub onu müvəqqəti olaraq təchizat üzrə menecer vəzifəsində rəsmiləşdirib ki, oyunlar zamanı ehtiyat oyunçular skamyasında əyləşə bilsin.
Qeyd edək ki, Lamela artıq UEFA Pro lisenziyası kursuna başlayıb. Bir il davam edəcək təhsili başa vurduqdan sonra o, rəsmi şəkildə məşqçilər korpusunda fəaliyyət göstərə biləcək. Oxşar vəziyyət "Monterrey"in qapıçılar üzrə məşqçisi Fabian Donelliyə də aiddir. Puşkaş mükafatını FIFA ən gözəl qolun müəllifinə verir. Lamela 2021-ci ildə İngiltərə "Tottenhem"ində çıxış etdiyi vaxt bu mükafatı qazanıb.










































































