İngiltərənin "Liverpul" komandası "Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomori ilə maraqlanır.
Sportnet.az "TuttoJuve"yə istinadən xəbər verir ki, İngiltərə klubu 28 yaşlı futbolçu ilə bağlı "rossonerilər"lə ilkin danışıqlara başlayıb.
Mənbənin məlumatına görə, danışıqlar hazırda ilkin mərhələdədir.
"Liverpul"un məqsədi rəsmi təklif verməzdən əvvəl transferin dəyərini və mümkünlüyünü qiymətləndirməkdir.








































































