"Payde"nin qələbə qazanmasında heç bir sirr yoxdur.
Sportnet.az xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni dəyərləndirib:
"Heç bir sirrimiz yoxdur. Kollektiv şəkildə qalib gəldik. Qələbə qazanmaq üçün döyüşmək lazım idi. Döyüşdük və buna nail olduq. III mərhələyə yüksəlmək özü bir tarixdir, ümumiyyətlə, Avropada mərhələ keçmək tarixdir. Düşünürəm ki, bununla kifayətlənməməli və irəli getməyi düşünməliyik".













































































