"İlk görüşdəki kimi, çətin oyun olacaq. Uğurlu olmaq üçün nə etmək lazımdırsa, bilirik. Şansımız var, görək necə olacaq".
Sportnet.az xəbər verir ki, bunu Estoniyanın "Payde" komandasının baş məşqçisi Tarmo Kink "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Gənc mütəxəssis ilk görüşdə rəqibi sıxışdırmaları fikri ilə razılaşmayıb: "Sabahkı görüşdə müdafiədə oturacağımızı düşünürsünüzsə, bu, düzgün deyil. İlk qarşılaşmada birinci hissədə rəqibin qol imkanları çox idi, ikinci hissədə epizodlarımız çoxaldı".
Kink "Zirə" ilə oyuna iki gün əvvəldən gəlmələrini hava şəraiti və meydançaya uyğunlaşmaq istəkləri ilə əlaqələndirib.
O, rəqib həmkarı Rəşad Sadıqovla futbolçu kimi qarşılaşıb-qarşılaşmadığını xatılamaylb: "Mənim iki belə şansım olub. Biri Estoniya U-21 yığmasında, digəri isə əsas millidə. Lakin heç birində onunla bir meydançanı paylaşdığımızı xatırlamıram".













































































