UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 6 görüş keçirilib.
Azərbaycan təmsilçisi "Sabah"ın ardından Avstriyanın "Şturm", Xorvatiyanın "Dinamo Zaqreb", İsveçin "Mölbü", Sloveniyanın "Tsele" və Ermənistanın "Ararat-Armenia" komandaları adını Avropanın ən nüfuzlu klub turnirinin növbəti mərhələsinə yazdırıblar.
Onlar həm də avrokubokların Liqa mərhələsinə vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
28 iyul
19:00 – "KuPS" - "Sabah" - 0:2
İlk oyun - 0:1
20:00. "Linkoln Red İmps" (Cəbəllütariq) - "Möllbü" (İsveç) - 0:0
İlk oyun - 0:3
22:00. "Dinamo Zaqreb" (Xorvatiya) - "Tun" (İsveçrə) - 3:2 (əlavə vaxt - 1:0)
İlk oyun - 1:1
22:15. "Tsele" (Sloveniya) - "Eqnatiya" - 2:2 (əlavə vaxt - 1:1, penaltilərlə - 4:1)
İlk oyun - 3:3
22:45. "Harts" (Şotlandiya) - "Şturm" (Avstriya) - 0:2
İlk oyun - 0:4
23:00 – "Şemrok Rovers" (İrlandiya) - "Ararat-Armenia" (Ermənistan) - 2:1
İlk oyun - 0:2
Qeyd edək ki, növbəti mərhələnin qalan 8 iştirakçısının adına iyulun 29-da aydınlıq gələcək.













































































