Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.
İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.
---------
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə iştirak edəcək.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukrayna təmsilçisi İbrahim Nəsibova uduzaraq (3:4) həledici mərhələyə adlaya bilməyib.
Orxan Həbibli sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, O.Həbibli 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
---------
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Sportnet.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Rusiya təmsilçisi Sultan Yusupova uduzaraq (1:3) finala yüksələ bilməyib.
Bununla belə, idmançı sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.












































































